İraqla kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə edilib

İraqla kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq müzakirə edilib
# 07 dekabr 2023 17:50 (UTC +04:00)

İraqa səfər çərçivəsində kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük.

APA-Economics”in xəbərinə görə, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “X” sosial şəbəkəsində paylaşımı zamanı qeyd edib.

O bildirib ki, iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib: "Azərbaycan və İraq dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edildi, müvafiq sənədlər imzalandı".

Nazir həmçinin bildirib ki, görüş zamanı Azərbaycanda xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə qarşı tərəfə məlumat verilib: "Daha sonra Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Birgə Komissiyanın üçüncü iclasında iştirak etdik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR