İZİA sədri: Süni intellektlə sənayedə təhlükəsizlik təmin olunacaq

İZİA sədri: Süni intellektlə sənayedə təhlükəsizlik təmin olunacaq
# 30 noyabr 2023 12:04 (UTC +04:00)

Düşünürük ki, yaxın zamanlarda sənayedə süni intellektdən istifadə edilərək insan müdaxiləsi minimallalaşdırılacaq və bununla da əməyin təhlükəsizliyinin təmin olunması istiqamətində daha önəmli addım atılacaq.

APA-Economics” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində “0-a doğru” panel çıxışı zamanı deyib.

O bildirib ki, sənaye parklarının ərazisində çoxşaxəli infrastruktur var: “Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində 3 böyük yarımstansiya fəaliyyət göstərir ki, onların da hər biri Gəncə kimi şəhəri elektrik enerjisi ilə təmin edə bilər. Təkcə bizim bir rezidentimiz istifadə etdiyi qazla Sumqayıt kimi şəhəri qazla təmin edə bilər. Bu o deməkdir ki, həmin resursları təmin edən infrastruktur fəaliyyət göstərir”.

E.Nuriyev qeyd edib ki, agentlik hazırda 6 sənaye parkı və 4 sənaye məhəlləsini idarə edir: “Sənaye parkı və zonalarının yaradılması istiqamətində normativ aktların hazırlanması istiqamətində işlər görürük. Hər bir sənaye parkında əməyin mühafizəsi və təhlükəsizlik bizim üçün 1 nömrəli prioritetdir".

E.Nuriyev xüsusi olaraq qeyd edib ki, bunadək sənaye parklarında təhlükəsizliklə bağlı hansısa ciddi hadisə baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR