Bank Of Baku

Komitə sədri: Azərbaycan əhalisinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb

Komitə sədri: Azərbaycan əhalisinin yarıdan çoxu şəhərlərdə məskunlaşıb
# 22 dekabr 2023 15:42 (UTC +04:00)

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının aktiv donorlarından biridir.

APA-Economics”in xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ADA universitetində çıxışı zamanı deyib.

Hazırda Azərbaycan əhalisinin yarıdan çoxunun şəhərlərdə məskunlaşdığını deyən A.Quliyev qeyd edib ki, Bakı Cənubi Qafqazda ən sürətlə inkişaf edən şəhərlərdən biridir.

A.Quliyev 2024-cü ildə Bakıda keçiriləcək COP-29 beynəlxalq tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, hazırda smart şəhərlərin qurulması, resursların paylaşdırılması, inklüzivliyin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2026-ci ildə ilk dəfə olaraq Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edərək dünyanın paytaxtına çevriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR