Köndələnçay su anbarı ilə bağlı işlər yekunlaşmaq üzrədir.
“APA-Economics”in xəbərinə görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Bakı Su Həftəsinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük layihələr icra olunur: “İşğaldan azad olunan ərazilərdə su anbarları istifadəyə verilir. Lakin qeyd edim ki, kanalların çoxu torpaqla örtüldüyü üçün onların hamısını beton üzlüyə almaq böyük vəsait tələb edir”.