Laçındakı “LATIFA”tikiş fabrikinə media-tur təşkil olunub.
APA xəbər verir ki, media-turda bildirilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda daha iki müəssisə fəaliyyətə başlayıb. Onlardan biri “LATIFA” tikiş fabrikidir.
Fabrikin layihə rəhbəri Asya Lahıcova qeyd edib ki, müəssisədə ilkin olaraq 30 nəfər işlə təmin edilib. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq.
Fabrikdə çalışan xanlmlar da Laçın sakinləridir. Burada onlar üçün təlimlər təşkil olunur, təcrübə qazanmaları üçün şərait yaradılır. Hazırda fabrikdə ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar istehsal olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.