Bank Of Baku

“Morgan Stanley” dünya mis bazarı ilə bağlı proqnozlarını açıqlayıb

“Morgan Stanley” dünya mis bazarı ilə bağlı proqnozlarını açıqlayıb
# 27 mart 2019 10:28 (UTC +04:00)

“Morgan Stanley” bankının analitiklərinin fikrincə, təchizatın defisiti səbəbindən yaxın bir il ərzində qiymət artımı perspektvi baxımından mis ən çox üstünlük verilən metaldir. ONA-nın bankın rüblük hesabatına istinadən verdiyi məlumata görə, təchizatın azalması fonunda mis 12 ay ərzində bankın üstünlük verdiyi bir seçimdir, bu da 2019-2020-ci illərdə bu metalın defisitinə səbəb olacaq.

İlin əvvəlindən misin bir tonunun qiyməti 6,1% artaraq 6,33 min ABŞ dollarına yüksəib.

“Morgan Stanley”in proqnozlarına baxmayaraq, qeyd etmək lazımdır ki, Azərbaycanda 2019-cu ilin yanvar-fevral aylarında mis filiz və kosentratların istehsalı 4,3 dəfə artaraq 323 ton təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR