Bank Of Baku

Naxçıvanda qeydiyyatda olan avtomobillərin sayı artıb

Naxçıvanda qeydiyyatda olan avtomobillərin sayı artıb
# 07 mart 2024 11:06 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan avtomobillərin sayı artıb.


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, daha çox artım minik avtomobillərində qeydə alınıb. Belə ki, 1 yanvar 2024-cü il tarixə qeydiyyatda olan minik avtomobillərinin sayı 37357 ədəddir ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 13 % çoxdur. 1 yanvar 2023-cü il tarixə bu rəqəm 33055 olub.


Yük avtomobillərində isə bu artım 10,4 faizdir. Belə ki, 1 yanvar 2024-cü il tarixə qeydiyyatda olan yük avtomobillərinin sayı 6630-a yüksəlib.
Avtobusların qeydiyyatında 0,3 faiz artım var. 1 yanvar 2023-cü il tarixə bu rəqəm 1087 idisə, bu ilin 1 yanvar tarixinə olan göstərici 1090-dır. Qeydiyyatda olan digər avtomobillərin sayı isə 797 ədəddir ki, 1 yanvar 2023-cü il tarixə olan göstəricidən 7 faiz çoxdur. 1 yanvar 2023-cü ildə bu göstərici 745 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR