Azərbaycan Böyük Britaniyanın minatəmizləmə fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirir.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.
"Əminik ki, bu istiqamətdə daha uğurlu addımlara imza atacağıq", - nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və rekonstruksiya işləri aparılır və bu proses çərçivəsində Böyük Britaniya şirkətləri 4 layihədə iştirak edirlər.
"Bununla da onlar bizim əməkdaşlığımızın həm miqyası, həm də həcminin genişlənməsinə öz töhvəsini verirlər", - Pərviz Şahbazov.