Bank Of Baku

Nazir müavini: AZAL-ın bu il mənfəətinin 10 dəfə artması gözlənilir

Nazir müavini: AZAL-ın bu il mənfəətinin 10 dəfə artması gözlənilir
# 18 oktyabr 2023 12:13 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ötən ili ilk dəfə olaraq mənfəətlə başa vurub.

APA-Economics” xəbər verir ki, bunu İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib.

Onun sözlərinə görə, bu il ötənilki gəlirdən 10 dəfə artıq mənfəət gözlənilir.

“AZAL-ın bu il 20 minə yaxın biletinin 29 avrodan satılması təmin olunub. Sonuncu olaraq Avropaya 299 avroya gediş-dönüş kampaniyası keçirilib. Digər tərəfdən, hava limanının optimizasiyası həyata keçirilir. Təyyarələrin dəyişilməsinə start verilir. Bizim hətta ekonom sinfə daxil olan təyyarələrdə geniş salondan istifadə olunur. Bunlar təyyarədəki qiymətlərə təsir edir”, – deyə nazir müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR