Bank Of Baku

Nazir müavini: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının böyük hissəsi işlə təmin edilir

Nazir müavini: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının böyük hissəsi işlə təmin edilir
# 14 mart 2024 11:05 (UTC +04:00)

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 80-85%-i təlimləri bitirdikdən dərhal sonra işlə təmin olunur.

"APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" adlı tədbirdə bildirib.

Nazir müavini qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bu mərkəz növbəti 3 il ərzində Azərbaycanda minə yaxın şəxsi kibertəhlükəsizlik təlimlərinə cəlb etməyi planlaşdırır.

“Mərkəzi bitirən şəxslərin dərhal iş tapması da bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac olduğunu göstərir" - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR