Bank Of Baku

Nazir müavini: Bu il ərzində Azərbaycanda 3 mln. ağac əkiləcək

Nazir müavini: Bu il ərzində Azərbaycanda 3 mln. ağac əkiləcək
# 30 noyabr 2023 10:48 (UTC +04:00)

İşğaldan azad olunan ərazilər də daxil olmaqla cari ilin sonunadək ölkədə 3 milyon ağacın əkilməsi nəzərdə tutulub.

APA-Economics” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan üçün yaşıl iqtisadiyyata keçid mühüm yer tutur: “Ölkə başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı sərəncamında da beşinci prioritet məhz təmiz ətraf mühitin yaradılması ilə bağlıdır. Tullantıların təkrar emalı ilə konkret tapşırıqlar müəyyənləşdirilib”.

“İqtisadiyyatda dekarbonizasiyaya yönələn islahatlar aparılır. Meşə və yaşıllıq ərazilər, geniş aqro bağlar salınır”, - deyə R.Hacıyev vurğulayıb.

O qeyd edib ki, ölkədə tullantıların təkrar emalı, sağlam ətraf mühit, yaşıllıqların artımı, su və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR