Bank Of Baku

Nazir: Orta Dəhliz dəmir yolu daşımalarında Türkiyə üçün böyük əhəmiyyət kəsb edir

Nazir: Orta Dəhliz dəmir yolu daşımalarında Türkiyə üçün böyük əhəmiyyət kəsb edir
# 02 noyabr 2023 16:51 (UTC +04:00)

Şərq-Qərb Transxəzər Orta Dəhlizi dəmir yolu daşımalarında Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nəqliyyat nazirlərinin 12-ci Toplantısı çərçivəsində Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov ilə görüşü zamanı bildirib.

O qeyd edib ki, beynəlxalq ticarət, coğrafi mövqe və təhlükəsizlik baxımından təmin etdiyi üstünlüklərə görə Orta Dəhlizin strateji əhəmiyyəti bu gün daha da artıb:

“Biz region ölkələrinə daşımalarımızda dəmir yollarının payını da artırmaq istəyirik. İnanıram ki, istər Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan marşrut yaradılması işləri ilə buna nail olacağıq. Ölkələrimizin dəmir yolu nəqliyyat marşrutlarının səmərəliliyini artırmaqla biz həm ikitərəfli ticarətimizi, həm də Çin və Avropa arasında daşımada ölkələrimizin payını artıra bilərik. Türkiyə olaraq Özbəkistanın nəqliyyat potensialına önəm veririk”, o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR