Kibercinayətkarlıqla mübarizə, kiber təhlükəsizliyin inkişafı, kritik infrastrukturların qorunmasına dair mövcud qanunvericiliyə müvafiq olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bir sıra təkliflər var.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev “APA-Economics”ə açıqlamasında belə deyib.
Ş. Hacıyahyayev bildirib ki, artıq RİNN tərəfindən bu təkliflər planı hazırlanıb və Nazirlər Kabinetinə təhvil verilib.