Nigar Alimova: Ötən il daşınmaz əmlakın qeydiyyatında ən yüksək göstərici qeydə alınıb

Nigar Alimova: Ötən il daşınmaz əmlakın qeydiyyatında ən yüksək göstərici qeydə alınıb
# 30 yanvar 2024 12:13 (UTC +04:00)

Ötən il Azərbaycanda 477 351 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova bildirib.

O əlavə edib ki, 2023-cü ildə mülkiyyət hüquqlarının dövlət qeydiyyatında artım dinamikası müşahidə edilməklə ən yüksək göstərici qeydə alınıb.

“Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 54 485-i fərdi yaşayış və bağ evi, 94 735-i mənzil, 316 596-sı torpaq sahəsi, 10 698-i qeyri-yaşayış obyekti, 747-si əmlak kompleksi, 90-ı isə çoxmərtəbəli yaşayış binasıdır”- deyə sədr əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR