Bank Of Baku

Orenburq-Bakı aviareysi açılır

Orenburq-Bakı aviareysi açılır
# 20 mart 2019 17:27 (UTC +04:00)

Bu ilin aprel ayının 20-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Orenburq-Bakı marşrutu üzrə birbaşa müntəzəm aviareslərin yerinə yetirilməsinə başlayacaq. ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin şənbə günü “Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.

Bakıdan Orenburqa təyyarə saat 12:50-də, əks istiqamətdə isə yerli vaxtla saat 18:20-də havaya qalxacaq. Uçuşun ümumi vaxtı 2 saat təşkil edəcək.

Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR