Bank Of Baku

Ötən il mobil operatorlar 1.1 mlrd. manatdan çox gəlir əldə ediblər

Ötən il mobil operatorlar 1.1 mlrd. manatdan çox gəlir əldə ediblər
# 18 yanvar 2024 13:09 (UTC +04:00)

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3% artaraq 3206,5 milyon manat təşkil edib ki, onun da 71,8%-i əhali tərəfindən istehlak olunub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 36,1%-i və ya 1158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, ötən il mobil operatorların gəlirləri əvvəlki illə müqayisədə 11% artıb. Belə ki, 2022-ci il ərzində mobil telefon rabitəsi sahəsində 1042,7 milyon manat gəlir əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR