Bank Of Baku

Overçuk: Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq

Overçuk: Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq
# 30 oktyabr 2023 14:16 (UTC +04:00)

Rusiya-Azərbaycan sərhədində yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir keçid məntəqəsi - Tahirkənt-Kazmalyar yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.

Overçuk Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsinin yenidən qurulmasının nəticələrini də yüksək qiymətləndirib, bildirib ki, bunun sayəsində sərhəddən keçid qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR