“Biz innovasiyaları yaradacaq ekosistemlər üzərində işləyirik”.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”ində çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, əsas məram şəxaləndirilmiş iqtisadiyyata keçidin təmin edilməsidir. Azərbaycan bu baxımdan innovasiyaların genişlənməsinə imkanlar yaradır.
“Son bir ildə Azərbaycanda startapların sayı 3 dəfə artıb. Bu da sahibkarlığın inkişafına yönəlib” - Şahmar Mövsümov əlavə edib.