Bank Of Baku

Qatarla sərnişin daşınması subsidiyalaşdırılacaq

Qatarla sərnişin daşınması subsidiyalaşdırılacaq
# 25 fevral 2019 00:31 (UTC +04:00)

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydaları hazırlanacaq.

ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən Nazirlər Kabinetinə dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını 6 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR