Rəşad Nəbiyev İCESCO-nun baş direktoru ilə görüşüb

Rəşad Nəbiyev İCESCO-nun baş direktoru ilə görüşüb
# 03 oktyabr 2023 10:52 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) baş direktoru Salim Almaliklə ikitərəfli görüş keçirib.

APA-Economics” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə, o cümlədən süni intellekt (AI) sahəsində İCESCO ilə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR