Bank Of Baku

RİNN dövlət qurumlarının texnoloji avadanlığına və proqram təminatına dair texniki tələbləri müəyyən edəcək

RİNN dövlət qurumlarının texnoloji avadanlığına və proqram təminatına dair texniki tələbləri müəyyən edəcək
# 28 dekabr 2023 19:13 (UTC +04:00)

Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.

Bu Qayda ali kateqoriya dövlət orqanları, mühafizə olunan şəxslər, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən, habelə qorunan obyektlər və dövlət sirri təşkil edən məlumatların işlənilməsi üzrə istifadə edilməsi nəzərdə tutulan texnoloji avadanlığa və proqram təminatına şamil olunmur.

Qərara əsasən, Uyğunluğun müəyyənləşdirilməsi üçün qurum ərizə ilə Nazirliyə müraciət edir. Ərizə qurumun rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Ərizə hazırlanan proqram təminatına və istehsal edilən texnoloji avadanlığa münasibətdə nümunənin hazırlanma mərhələsində, alınan texnoloji avadanlığa və proqram təminatına münasibətdə isə satınalınma ilə bağlı Müqavilə imzalandıqdan sonra təqdim olunur.

Ərizədə və ona əlavə edilmiş sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə, yaxud bu Qaydaya uyğun olaraq çatışmazlıqlar aradan qaldırıldıqda həmin sənədlər (məlumatlar) baxılması məqsədilə Nazirlikdə yaradılmış və daimi əsaslarla fəaliyyət göstərən İşçi qrupa təqdim edilir. İşçi qrup Nazirlik tərəfindən aşağıdakı tərkibdə formalaşdırılır:

- Nazirlik;

- Azərbaycan Milli Elmlər Akademiyası;

- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi;

- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

- “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti;

- Nazirlik tərəfindən cəlb edilən müstəqil ekspertlər.

İşçi qrup qurumun istifadə etməli olduğu texnoloji avadanlığa və proqram təminatına baxış keçirir və test edir, nəticələrini aktla rəsmiləşdirir, eləcə də təqdim olunan sənədləri (məlumatları) araşdırır və təhlil edir. Bundan sonra həmin texnoloji avadanlığın və proqram təminatının bu Qaydada qeyd olunan texniki tələblərə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə keçirilən iclasda müvafiq rəy tərtib olunur və təsdiq edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR