Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov bildirib.
Onun sözlərinə görə, pik yüklənmə dövrlərində elektrik enerjisinin nəqlini nəzərdə tutan dörd ölkə arasında enerji körpüsü yaratmaq layihəsi mövcuddur.
Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparır. Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur.