Bank Of Baku

Sabit genişzolaqlı internet abunəçilərinin sayı artıb

Sabit genişzolaqlı internet abunəçilərinin sayı artıb
# 04 noyabr 2023 15:30 (UTC +04:00)

“Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda telekommunikasiya şəbəkəsinin GPON (gigabit passiv optik şəbəkə) və simsiz texnologiyalar əsasında modernləşdirilməsi, sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması nəticəsində sabit genişzolaqlı internet abunəçilərinin sayına da ciddi təsir göstərib. Son bir ildə sabit genişzolaqlı internet abunəçilərinin sayı 150,2 min abunəçi artaraq 1,441,5 min abunəçiyə yüksəlib.

APA-Economics”in xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqladığı “Azərbaycanda Rəqəmsal İnkişaf: faktlar, təhlillər, rəqəmlər” hesabatında qeyd olunub.

Sabit genişzolaqlı internet abunəçilərinin sayı 2018-ci ildə 753, 2019-cu ildə 897, 2020-ci ildə 1 160, 2021-ci ildə 1 291, 2022-ci ildə isə 1 442 olub.

Sabit genişzolaqlı internet abunəçilərinin sayı 2018-ci il illə müqayisədə 2022-ci ildə 1,9 dəfə artıb. Hər 100 nəfərə düşən sabit internet abunəçilərinin sayı 2018-ci ildə 7.7, ötən il isə 14.3 olub.

Nigar Məhərrəm

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR