Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO

Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO
# 29 aprel 2025 13:26 (UTC +04:00)

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

"APA-Economics" xəbər verir ki, körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib, əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər olunub.

Qeyd edək ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR