Su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb

Su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb
# 28 fevral 2024 10:42 (UTC +04:00)

Azərbaycanda su ilə bağlı vahid məlumat bazasına 313 su anbarlarından məlumat daxil olmaqdadır.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Umayra Tağıyeva bildirib ki, su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb: “Alternativ su mənbələrindən istifadə üçün 481 yaşayış məntəqəsini əhatə edən 460 içməli su istehsal edən pilot layihə tətbiq edilir. İqlim dəyişmələri ilə bağlı su problemi bəşəriyyətin qarşılaşdığı ən böyük problem olacaq. Son 10 ilə baxanda bu il Böyük və Kiçik Qafqaz dağlarının suları ilə bağlı yaxşı göstəricilərlə üzləşirik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 % çoxdur. Keçən illə müqayisədə sululuq 38 faiz bəndi yüksəkdir. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərindən 35 faiz bəndi artıqdır. Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR