Bank Of Baku

Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib

Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib
# 22 noyabr 2023 11:32 (UTC +04:00)

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların səhər reyslərində cüzi yubanmalar baş verib.

"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, rabitə və işarəvermə sisteminə edilmiş kənar müdaxilələr nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforların daimi olaraq qırmızı yanması nəticəsində qatarların hərəkət qrafikində gecikmələr qeydə alınıb.

Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və hazırda qatarlar mövcud qrafikə uyğun hərəkətlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR