Bank Of Baku

Taksi operatorlarının Dövlət Vergi Xidmətinin elektron sisteminə ötürəcəkləri məlumatların siyahısı hazırlanacaq

Taksi operatorlarının Dövlət Vergi Xidmətinin elektron sisteminə ötürəcəkləri məlumatların siyahısı hazırlanacaq
# 28 dekabr 2023 16:07 (UTC +04:00)

Taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR