“Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq karbonsuzlaşdırma səylərin göstərilməsini zəruri hesab edirəm”.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitində çıxışı zamanı "Tesla" şirkətinin həmtəsisçisi, baş texnologiya direktoru JB Straubel deyib.
O qeyd edib ki, texnologiya sahəsinin inkişafı ilə buna nail ola bilərik.
“Mediada nəzər yetirildikdə sanki belə görünür ki, görülən tədbirlər karbon emissiyasını azaldır. Amma rəqəmlər onu göstərir ki, ayrı-ayrı ölkələr, şirkətlər üzrə deyil, qlobal şəkildə Co2 emissiyası rekord həddə çatır” - JB Straubel əlavə edib.