Ticarət gəmiçiliyi sahəsində sənədlərin hansı müddətə veriləcəyi müəyyənləşir

Ticarət gəmiçiliyi sahəsində sənədlərin hansı müddətə veriləcəyi müəyyənləşir
# 08 dekabr 2023 13:41 (UTC +04:00)

Ticarət gəmiçiliyi sahəsində sənədlərin hansı müddətə veriləcəyi müəyyənləşir.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən, Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamə və gəmi tarixinin fasiləsiz qeydlər sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müddətsiz, minimum heyət tərkibi haqqında Şəhadətnamə Dövlət Gəmi Reyestrində qeydiyyata alınmış gəmiyə beş il müddətinə, berbout-çarter reyestrində qeydiyyata alınmış gəmiyə bir il müddətinə, neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamə və bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat sənədlər məsuliyyətin sığorta və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatının müddətinə veriləcək.

Gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə, gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə, limanın “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə və dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə və dəniz limanlarında gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün sertifikat beş il müddətinə veriləcək.

Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamə isə bir il müddətinə veriləcək.

Gəmi sahibinin və ya təsnifat cəmiyyətinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə təsnifat cəmiyyəti tərəfindən əlavə olaraq Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun digər gəmi sənədləri də veriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR