Bank Of Baku

Transxəzər dəhlizinin rəqəmsallaşması üçün yol xəritəsi müzakirə edilib

Transxəzər dəhlizinin rəqəmsallaşması üçün yol xəritəsi müzakirə edilib
# 24 noyabr 2023 12:27 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) Həftəsi çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanla görüşüb.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və UNECE arasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, həmçinin SPECA proqramı çərçivəsində sıx əməkdaşlığın mövcudluğu qeyd edilib. Bakıda keçirilən SPECA Həftəsinin Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticarət, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, “yaşıl” iqtisadiyyata keçid, energetika və digər sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olduğu vurğulanıb. Bu baxımdan Azərbaycanın səyləri təqdir edilib.

Qeyd edilir ki, tərəflər Azərbaycan-UNECE işbirliyinin prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə fikir mübadiləsi aparıb, ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi, SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri, Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanlarını müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR