Türkiyəli nazir: Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətini artıracaq

Türkiyəli nazir: Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətini artıracaq
# 25 fevral 2024 19:19 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə açıqlamasında deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçmə ehtimalı kimi alternativ də mövcuddur.

Nazir onu da əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR