Ultrasəs aparatları ilə vaksinasiya mümkün olacaq

Ultrasəs aparatları ilə vaksinasiya mümkün olacaq
# 06 dekabr 2023 10:56 (UTC +04:00)

“Oxford” Universitetinin alimləri vaksinasiya üçün yeni metod kəşf ediblər.

APA-Economics”in xarici mediaya istinadən xəbərinə görə, “Oxford” Universitetinin alimi Darsi Dan Lavlis vaksin molekullarını zülaldan ibarət olan kiçik molekullarla qarışdıraraq ilkə imza atıb. Alim öncə siçanların üzərində bu təcrübəni sınaqdan keçirib. Belə ki, iynəyə ehtiyac olmadan əldə olunan maye öncə dərinin üzərində hopub qalsa da, daha sonra ultrasəs aparatı ilə dəriyə, bədənə daxil edilib. Nəticədə, bir dəqiqə ərzində maye siçanın dərisinə daxil edilib. Alim belə hesab edir ki, dəriyə daxil edilən bu vaksin müxtəlif viruslardan qorunmaq üçün immunitetin yaranmasına kifayət edir.

Alim yaxın illərdə bu tədqiqatı daha da təkmilləşdirməyi hədəfləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR