Artıq Ələt Azad İqtisadi Zonasında bir neçə şirkət qeydiyyatdan keçib və onlardan 3-ü öz müəssisələrinin inşasına başlayıblar.
"APA-Economics" xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, 3 şirkət layihələndirmə işlərini başa çatdırmaq üzrədir.
"Həmin şirkətlər bu ilin sonu və ya gələn ilin əvvəli inşaat işlərinə başlayacaq. Eyni zamanda, başqa şirkətlərlə də danışıqlar aparılır", - deyə Valeh Ələsgərov vurğulayıb.