Bank Of Baku

Xarici valyutalar Neft Fonduna xərc, qızıl gəlir gətirib

Xarici valyutalar Neft Fonduna xərc, qızıl gəlir gətirib
# 05 mart 2019 12:45 (UTC +04:00)

Keçən il Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə 1 milyard 589,7 milyon manat büdcədənkənar xərc yaranıb.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Eyni zamanda qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar gəlirlər manat ifadəsində 32,5 milyon manat təşkil edib.  

Ümumilikdə, Fondun büdcədənkənar xərcləri 1 milyard 557,2 milyon manat səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR