Bank Of Baku

“103" Mərkəzi Dispetçer Xidmətinə "Telefon üzrə ətraflı məlumat" elektron xidməti təqdim edilib

“103" Mərkəzi Dispetçer Xidmətinə "Telefon üzrə ətraflı məlumat" elektron xidməti təqdim edilib
# 31 yanvar 2013 12:27 (UTC +04:00)

Bakı - APA-Economics. Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "103" Mərkəzi Dispetçer Xidmətinə stasionar telefon şəbəkəsindən daxil olan zənglərin telefon nömrələri və ünvanlarının online təyin olunması məqsədilə, Səhiyyə Nazirliyinin müvafiq informasiya sisteminin Elektron Hökumət portalına (www.e-gov.az, https://governmentsregistry.ehdis.az/) inteqrasiya olunaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Stasionar telefonların abunəçi kartotekası üzrə informasiya sistemi"ndən onlayn sorğuya əsasən istifadə etməyə imkan verən elektron xidmət tətbiq olunub.

 

RİTN mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Səhiyyə Nazirliyinin müraciəti ilə bağlı “103" informasiya sisteminə Elektron Hökumət portalında təqdim olunan "Telefon üzrə ətraflı məlumat" elektron xidməti təqdim edilib.

 

Elektron Hökumət portalında vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş bir elektron xidmətin, digər bir qurum tərəfindən müvafiq informasiya sisteminin daha çevik və operativ işləməsinin təmin edilməsində, Elektron Hökumət portalı üzərindən inteqrasiya olunan xidmət olaraq informasiya sistemləri arasında qarşılıqlı informasiya mübadiləsinin təşkili "Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrləri"nin formalaşdırılması nəticəsində mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR