Bank Of Baku

“Azərspace-2”nin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırması yaxın vaxtda hazır olacaq

“Azərspace-2”nin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırması yaxın vaxtda hazır olacaq
# 09 may 2014 09:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma bu ilin ortasına hazır olacaq.

 

APA-Economics”in xəbərinə görə, “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair qrant müqaviləsi imzalanıb, keçirilən müsabiqədə ABŞ-ın “Global Resources” şirkəti məsləhətçi şirkət seçilərək qalib elan edilib.

 

Bundan başqa, yerin müşahidə peyklərindən kosmik təsvirlərin əldə edilməsinə imkan verən stansiyanın qurulması və digər ölkələrin yüksək ayırdetməli optik və radar peyklərinin regionumuz üzərindən keçidləri zamanı həmin stansiya vasitəsi ilə təsvirlərin əldə edilməsi məqsədilə tenderin nəticələrinin qiymətləndirilməsi işləri aparılır.

 

Qeyd edək ki, hazırda ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən 60-dan çox yerli və xarici televiziya kanalı yayımlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR