Bank Of Baku

“Türk Hava Yolları” bəzi ölkələrə uçuşlarda spirtli içkiləri qadağan edib

“Türk Hava Yolları” bəzi ölkələrə uçuşlarda spirtli içkiləri qadağan edib
# 13 fevral 2013 15:30 (UTC +04:00)

 

Bakı. Etibar Məmmədov - APA. “Türk Hava Yolları” (THY) aviaşirkəti Səudiyyə Ərəbistanı və İranla həmsərhəd olan ölkələrə həyata keçirdiyi reyslərdə spirtli içki verilməsini qadağan edib.

 

APA-nın Türkiyə KİV-nə istinadən yaydığı məlumata görə, THY Misir, Küveyt, Pakistan, İraq, Somali, Seneqal və Nigerdə 10 şəhərə uçuşlarda içki xidmətini ləğv edib.

 

THY rəsmilərinin bildirdiyinə görə, artıq yanvar ayından etibarən Pakistanın Kəraçi və İslamabad, Misirin Qahirə və İsgəndəriyyə, İraqın Bağdad və Ərbil, Somali-Moqadişu, Seneqal-Dakar və Küveyt səfərlərində içki xidməti ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR