Bank Of Baku

«Azərmarka» Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markası buraxıb

«Azərmarka» Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markası buraxıb
# 14 fevral 2013 09:33 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb.

 

Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, «Azərkosmos» ASC-nin loqosu və yeni binası, habelə «Azərbaycanın ilk telekommunikasiya peyki» yazısı təsvir olunub.

 

Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1» fevralın 8-də Bakı vaxtı ilə saat 01:36-da Cənubi Amerikada yerləşən Fransa Qvianasının Kuru Kosmodromundan Fransanın «Arianespace» şirkətinin «Ariane 5» raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.

 

Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb.

 

Çəkisi təxminən 3 200 kq təşkil edən «Azerspace-1» peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerini tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR