Bank Of Baku

«Azəryolservis»: Ölkə ərazisində bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır

«Azəryolservis»: Ölkə ərazisində bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır
# 16 dekabr 2013 10:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan ərazisində havaların qarlı keçməsinə baxmayaraq, avtomobil yollarında nəqliyyatın hərəkəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bakı şəhəri və respublikanın rayonlarında növbətçi sxeminə uyğun olaraq yolların təmizlənməsi ilə əlaqədar 24 saat ərzində briqadalar fəaliyyət göstərir. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

P.Mürsəliyev bildirib ki, hazırda «Azəryolservis»in 1 001 texnikası var, onlardan 700-ü bölgələrə, 400-ü isə Bakı şəhərinə cəlb olunub: «İşçilərimiz daim yollara baxış keçirirlər. Yolların buz bağlanan hissəsinə qum-duz səpilir. Eyni zamanda, həm qar kürəyən, həm də qum-duz səpən maşınlarımız var».

 

Şirkət rəsmisi əlavə edib ki, «Azəryolservis»in mərkəzi aparatında da növbətçilik sistemi təşkil olunub, yerlərdə cari vəziyyətlə bağlı daim məlumatlar toplanılır: «Hazırda ölkə ərazisində hava şəraitinə görə bağlı olan yol yoxdur. Hətta Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa olunub».

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən də «APA-Economics»ə avtobus reyslərinin cədvəlində heç bir dəyişikliyin olmadığı bildirilib: «Hava şəraiti ilə əlaqədar avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur, avtobuslar gündəlik qrafikə uyğun hərəkət edir».  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR