Bank Of Baku

«İpək yolu» dəhlizinin Azərbaycan ərazisində ötən il yükdaşıma 6%, sərnişindaşıma 8% artıb

«İpək yolu» dəhlizinin Azərbaycan ərazisində ötən il yükdaşıma 6%, sərnişindaşıma 8% artıb
# 05 mart 2013 09:33 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində «İpək yolu» nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 56,9 mln. ton və ya əvvəlki illə müqayisədə 5,5% çox yük, 260,9 mln. nəfər və ya 8% çox sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 44,3%-i avtomobil, 37,5%-i dəmir yolu, 18,2%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 7,3%, dəmir yolu nəqliyyatında 5,9%, dəniz nəqliyyatında isə 0,5% artım qeydə alınıb.

 

Dəhliz vasitəsilə daşınmış yüklərin 27,6%-ni və ya 15,7 mln. tonunu tranzit yüklər təşkil edib.

 

Yük daşımaları fəaliyyətindən 443,2 mln. manat, sərnişin daşınmasından isə 92 mln. manat gəlir əldə olunub ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 16,1% və 10,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR