Bank Of Baku

«Kasperski Laboratoriyası»: İnternetlə viruslara yoluxma hallarına görə Azərbaycan dünyada 3-cü yerdədir

«Kasperski Laboratoriyası»: İnternetlə viruslara yoluxma hallarına görə Azərbaycan dünyada 3-cü yerdədir
# 08 fevral 2013 10:01 (UTC +04:00)

 «APA-Economics»in məlumatına görə, bu barədə «Kasperski Laboratoriyası»nın hesabatında bildirilir.

 

Laboratoriyanın məlumatına əsasən, dünyada internet vasitəsilə qurğunun zərərli proqramlarla yoluxması riskinə görə birinci yerdə Rusiya dayanır. Siyahının ilk onluğunda məhz keçmiş SSRİ ölkələri üstünlük təşkil edir. Belə ki, Rusiyanın ardınca siyahıda Tacikistan, Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Banqladeş, Şri-Lanka, Hindistan və Sudan yer alıb. Ukrayna təhlükəli internetə görə siyahıda 17-ci yerdədir.

 

Qeyd edək ki, söhbət internetdən istifadə edərkən, üzə çıxan müxtəlif pəncərələrdən gedir. Pəncərələrdə qurğunun guya virusa yoluxması barədə yalan məlumat verilir və istifadəçiyə saxta antivirus proqramının yüklənməsi təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR