Bakı. Aynur Əliyeva – APA-Economics. «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində Banqkokda (Tailand) keçirilən «ITU Telecom World-2013» beynəlxalq sərgisində iştirak edir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 19-22-də keçirilən sərgidə mobil operator milli pavilyonda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim edir.
Şirkətin məlumatında bildirilir ki, «Azerfon» şirkətinin baş icraçı direktoru Kent Maknili başda olmaqla, bu beynəlxalq forumda iştirak edən «Nar Mobile» əməkdaşları sərgi günləri ərzində İKT sahəsinin inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq təcrübənin yeni istiqamətlərini dəyərləndirmək və geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.