Bank Of Baku

«Sazz 4G» xanımlar üçün hədiyyə kampaniyası keçirir

«Sazz 4G» xanımlar üçün hədiyyə kampaniyası keçirir
# 06 mart 2013 11:02 (UTC +04:00)

Bakı – APA-Economics. «AzQtel» internet şirkəti («Sazz 4G» ticarət nişanı) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün xüsusi hədiyyə kampaniyası elan edib.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada iştirak edən bütün xanımlara «Sazz İnternet»ə bağlanmaq üçün tələb olunan USB modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq 2 aylıq abunə haqqını (50 AZN) ödəmək kifayətdir.

 

Bayram kampaniyası yalnız yeni müştərilər üçündür və 7-10 mart tarixlərində keçiriləcək. Hədiyyə kampaniyasından faydalanmaq istəyən bütün xanımlar «Sazz İnternet»in baş ofisinə (Süleyman Rüstəm küçəsi,9) və istənilən «Sazz 4G» satış məntəqəsinə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

 

Azərbaycanda «Mobile WiMAX 4G» texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan «Sazz 4G» 2010-cu ildə «AzQtel» şirkəti tərəfindən qurulub. «Sazz İnternet» istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində 10 Mbit/saniyəyədək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

 

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən «Sazz İnternet» yaxın 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR