Bank Of Baku

«Whatsapp» xidməti pullu olacaq

«Whatsapp» xidməti pullu olacaq
# 31 yanvar 2013 13:32 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Dünyanın ən məşhur ani mesaj xidmətlərindən olan - «Whatsapp» pullu olacaq. «APA-Economics»in «The Standard» qəzetinə istinadən məlumatına görə, şirkət öz istifadəçilərini xəbərdar edib ki, bundan sonra «Whatsapp» mesajları almaq üçün ildə 99 sent ödəmək lazım gələcək. Pullu xidmət «Android» və «Windows» smartfonlarından, eləcə də «Blackberry» və «Nokia» aparatlarının istifadəçilərinə tətbiq ediləcək.

 

Mesaj istifadəçilərindən xidmət haqqı hər il onların kredit kartlarından avtomatik çıxılacaq.

 

«iPhone» telefonlarının istifadəçiləri üçün isə «Whatsapp»dan istifadə şərtləri dəyişməyib. «iPhone» sahibləri yalnız bir dəfə bu proqramı yükləyəndə 99 sent ödəyəcəklər və bu xidmətdən pulsuz istifadə edəcəklər.

 

Xidmətin yaradıcıları Brayan Ekton və Yan Koum öz bloqlarında bildiriblər ki, xidməti pullu etməkdə məqsədləri bura reklam yerləşdirməməkdir.

 

Ötən ilin aprelinə olan məlumatlara görə, «WhatsApp» vasitəsilə  hər gün 2 mlrd. məlumat göndərilib. Avqust ayında isə bu rəqəm gündə 10 mlrd-a çatıb.  «Enders Analysis» şirkətinin məlumatlarına görə, 2012-ci ilin oktyabrında «WhatsApp»ın istifadəçilərinin sayı 100 mln-u keçib. Noyabrın əvvəllərində isə təkcə «Google Play»dan yüklənən «WhatsApp» əlavələrinin sayı 100 mln-u ötüb. Hazırda «WhatsApp» «AppStore», «Google Play» və «Blackberry» mağazalarında ən çox yüklənən əlavələr arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR