Bank Of Baku

"Bakcell" mobil nömrə daşınmasını təmənnasız həyata keçirəcək

"Bakcell" mobil nömrə daşınmasını təmənnasız həyata keçirəcək
# 01 dekabr 2012 12:41 (UTC +04:00)

 

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti mobil nömrə daşınmasını (Mobile Number Portability - MNP) təmənnasız həyata keçirəcək. "APA-Economics"in məlumatına görə, bu barədə şirkətin media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheylə Cəfərova "Bakcell"in MNP-nin tətbiqinə dair bu gün Bakıda keçirdiyi tədbirdə deyib. O bildirib ki, MNP xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər: "Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq. "Bakcell" şirkəti mobil telefon nömrələrin daşınması prosedurunu təmənnasız təmin edəcək".
 

S. Cəfərova onu da əlavə edib ki, MNP xidmətinin tətbiqi ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları arasında rəqabətliliyi artırır, onlar göstərdiyi xidmət və məhsullarını inkişaf etdirmək zərurəti hiss edir, daha yaxşı xidmət göstərən və sərfəli tarif tətbiq edən operatorlar öz abunəçi bazasını artırmış olur: "Bizim şirkət cari ilin yanvar ayında MNP barədə ictimaiyyəti məlumatlandırmağa başlayıb və elə həmin aydan etibarən abunəçi tərəfindən şəbəkədaxili zənglər zamanı 055 prefiksin mütləq yığılması tətbiq olunub. Bu ilin sentyabr ayından etibarən "Bakcell" MNP-nin tətbiqinə tam hazır olduğunu elan edib".
 

Şirkət nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda "Bakcell" şirkəti MNP-yə dair internet səhifəsi istifadəyə veriləcək. Bu səhifədə MNP-yə dair ümumi məlumat, MNP-yə keçid qaydaları, "Bakcell"ə keçmək üçün qaydalar və elektron ərizə formasının doldurulması qaydaları barədə məlumatlar yer alacaq.
 

Tədbirdə çıxış edən "Bakcell"in MNP üzrə işçi qrupunun üzvü Emin Əsgərsoy deyib ki, MNP çərçivəsində "Bakcell" abunəçiləri şəbəkədaxili zənglər zamanı müəyyən siqnalla məlumatlandırılacaq. Hazırda bu məsələnin texniki tərəfləri müzakirə olunur. E. Əsgərsoyun sözlərinə görə, MNP-nin tətbiqindən sonra operatoru dəyişən abunəçilər SİM kartlarını dəyişdirməli olacaqlar: "Bununla yanaşı, operatoru dəyişən abunəçi öncədən mövcud balansını ya istifadə etməli, ya da başqa nömrənin balansına köçürməlidir. Əks halda, məbləğ və ödənişli xidmətlər dondurulacaq. Onu da qeyd etmək istərdim ki, MNP data kartlara şamil edilməyəcək".
 

E. Əsgərsoy bildirib ki, MNP çərçivəsində donor operator tərəfindən imtina halları olduqda, abunəçi barədə məlumat yanlış olduqda, nömrədə borc olduqda, abunə müqaviləsi öncə ləğv edildikdə, istifadə müddəti ən azı 3 ay keçmədikdə və məhkəmə işi üzrə məsələlər olduqda MNP-dən istifadə etmək mümkün olmayacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR