Bank Of Baku

Azərbaycanın bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-4

Azərbaycanın bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olunub - <span style="color: red;">YENİLƏNİB-4
# 04 iyul 2018 02:50 (UTC +04:00)

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub.  

 

APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub. 

 

“Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

 

**** 23.50

 

Mingəçevir IES-in 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın xəbərinə görə, Bakının enerji təminatı bərpa olunub, respublikanın əksər şəhər və rayonlarına (ölkənin Cənub, Şimal, Mil-Muğan, Qərb və Qarabağ bölgələrinə) elektrik enerjisinin verilişi təmin olunub.

 

Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.  

 

***** 21.31

 

Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda baş verən qəzadan sonra aparılan təmir-bərpa işləri başa çatdırılıb. APA-nın yerli bürosunun xəbərinə görə, axşam saat 21:00-da stansiyadan Mingəçevir şəhərinə enerji verilişi bərpa olunub.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, axşam saat 21:30 radələrində Şirvan şəhərinə də enerji verilişi bərpa olunub. 

 

APA-nın cənub bürosunun xəbərinə görə, axşam saatlarında Astaraya elektrik enerjisinin verilişi təmin olunub. 


 
Digər şəhər və rayonlara elektrik enerjisinin verilişinin təmin olunması üçün tədbirlər görülür.   

 

*** 20.15

 

Bakının əksər rayonlarında və ölkənin şimal bölgəsində enerji təchizatında yaranmış problem aradan qaldırılıb.

 

APA-nın məlumatına görə, bu barədə Bakı sakinləri sosial şəbəkələrdə yazıblar.

 

Yaxın dəqiqələrdə paytaxtın digər ərazilərində, həmçinin ölkə ərazisində elektrik enerjisinin təchizatının bərpa olunacağı gözlənilir.

 

***

 

Saat 19:14

 

Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

 
"APA-Economics"in əldə etdiyi məlumata görə, bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb.

 

Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür.

 

 

***

Saat 19:07

 

Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

 

"APA-Economics"in məlumatına görə, sosial şəbəkələrdə Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişi yenidən dayandırıldığı yazılıb. 

 

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR