“20 Yanvar” dairəsindən sərnişinlərin birbaşa Sumqayıt istiqamətində daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin koordinasiyalı işi sayəsində 20 ədəd iritutumlu avtobus cəlb edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
BNA-dan bildirilib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin ərazisində “BakuBus” MMC-yə məxsus 10-dan artıq nəqliyyat vasitəsi ehtiyat tədbirləri üçün hazır vəziyyətdə saxlanılır.
"Zərurət yaranacağı təqdirdə həmin avtobuslar da sərnişinlərin xidmətinə veriləcək", - deyə məlumatda vurğulanıb.