Bank Of Baku

® «Hyundai» diqqəti premium modellərindən birinə çəkdi - FOTO

<font color=red>® </font>«Hyundai» diqqəti premium modellərindən birinə çəkdi - <span style="color: red;">FOTO
# 04 fevral 2014 07:30 (UTC +04:00)

Öz yerini biznes-klass sedan kimi möhkəmləndirmiş modelin qiyməti Azərbaycanda rəsmi təmsilçidə 27 900 manatdan başlayır. Təbii ki, avtomobilin üstünlükləri və daha əvvəlki qiyməti ilə müqayisədə bu qiymət premiumun daha əlçatan olması deməkdir.

 

Bir sıra ölkələrdə (Yaxın Şərq, Afrika ölkələri və s.) «Azera» adı ilə tanınsa da, bu avtomobil ölkəmizə rəsmi olaraq «Grandeur» adı ilə idxal olunur. İstehsalçı tərəfindən müəyyən edilən bu bölgü, avtomobilin texniki xüsusiyyətlərində öz fərqini göstərir. Belə ki, «Azera»dan fərqli olaraq məhz «Grandeur» Azərbaycanın iqlim və yol şəraitinə habelə, yanacaq standartlarına tam cavab verir.

 

«Hyundai Grandeur» mükəmməl təhlükəsizlik sisteminə malikdir. Avtomobilin təkər sürətini və pedalların gücünü hiss edərək, hərəkətini tənzimləyən ESP sistemi, digər nəqliyyat vasitələri ilə avtomobil arasındakı məsafəyə nəzarət edir. Öndəki avtomobil dayanıb, yenidən yola düşdükdə «Grandeur» 3 saniyə ərzində avtomatik olaraq irəliləyir. 360 dərəcəli radar sistemi səs siqnalının məhz maneə olan hissədən gəlməsini təmin edir.

 

Arxa oturacaqların söykənəcəkləri öz quruluşları ilə arxa toqquşmalar zamanı sərnişinlərin zədələrini azaldır. 5 istiqamətə tənzimlənən ön oturacaqlar, yaddaş paketi, oturacaqların qızdırma və soyutma funksiyalarından başqa, masaj funksiyasının da olması lüksün göstəricisidir.

 

Ümumiyyətlə, «Hyundai» innovasiyalarının və ən son texnologiyaların geniş tətbiq olunduğu model ağıllı funksiyaları ilə sahibini məmnun edir. Bu texnologiyalar avtomobilin idarəetməsindən, ağıllı kruiz kontroldan tutmuş, LED arxa faralara, sürətini yağış miqdarına görə tənzimləyən şüşəsilənlərə qədər ən kiçik detallarda belə özünü göstərir.

 

Erqonomik interyer, dəbdəbəli eksteryer sahibinə fərqlilik hissi bəxş edir.

 

«Grandeur» 2.4 və 3.0 litr həcmli, eyni zamanda qənaətcil mühərrik versiyaları ilə təqdim olunur. «Hyundai» brendini Azərbaycanda «Auto Azərbaycan» şirkəti təmsil edir. «Auto Azərbaycan» 17 ilə yaxın bir müddətdə yüksək servisi və orijinal ehtiyat hissələri ilə müştərilərinin etimadını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR