Kiyev. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL), «Azerfon» («Nar Mobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müştərək müqaviləyə əsasən, artıq
«APA-Economics»in məlumatına görə, «NarMobile» şirkətinin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət vasitələri şöbəsinin rəhbəri xanım Nigar Arpadarai qeyd edib ki, avialaynerin qalxma və enmə prosesi istisna olmaqla,
N.Arpadarai onu da əlavə edib ki, ümumiyyətlə gələcəkdə
«OnAir» şirkətinin Şimali və Qərbi Avropa üzrə satış və biznes inkişafı Departamentinin rəhbəri Daniel Froli (Daniel Froehly) bildirib ki, «OnAir» dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir və hazırda 15 aviaşirkətlə analoji formada əməkdaşlıq edirik. Bura «Aeroflot», «Emirates», «Etihad Airways», «Qatar Airways», «Singapore Airlines» kimi şirkətlər daxildir.
D.Froli əlavə edib ki, aparılan araşdırmalara görə, «OnAir» şəbəkəsində sərnişinlərin 47%-i təyyarədə uçarkən SMS xidmətindən, 42%-i internetdən, 11%-i isə danışıqdan istifadə edir.
Qeyd edək ki, sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkündür. Sərnişinlər təyyarənin göyərtəsində «Azerfon» şəbəkəsinə qoşulmaqla mobil telefon və ya smartfondan yerdə olduğu kimi istifadə edir. Minibaza stansiyası siqnalı qəbul edir, siqnal göyərtədə olan GSM server tərəfindən işlənir, daha sonra isə peyk vasitəsi ilə ötürülür. Yer səthindəki «OnAir» GSM infrastrukturu siqnalı işləyir və sərnişinin trafikini təyinatı üzrə yönəldir.
Tariflərə gəldikdə, təyyarənin göyərtəsində «Nar Mobile»ın xidmətlərindən istifadə etmək üçün abunəçi hər daxil olan və gedən zəngin 1 dəqiqəsi üçün 2 manat, ötürülən SMS üçün 0,50 manat (daxil olan SMS-lər pulsuzdur), 1 MB internet üçün isə 9 manat ödəyir.
Xatırladaq ki, bu gün «Nar Mobile» və AZAL-ın tərəfindən bir qrup KİV nümayəndəsi sözügedən xidmətdən istifadə etmək üçün Bakı-Kiyev-Bakı aviareysi ilə təşkil olunan uçuşda iştirak edib.