Bank Of Baku

AZAL aviaşirkəti İstanbul və Ankaraya aviabiletlərin satışına görə turizm agentlikləri üçün mükafatlandırıcı faizləri ləğv edib

AZAL aviaşirkəti İstanbul və Ankaraya aviabiletlərin satışına görə turizm agentlikləri üçün mükafatlandırıcı faizləri ləğv edib
# 03 dekabr 2012 15:03 (UTC +04:00)

 

 

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) İstanbul və Ankara şəhərləri istiqamətində aviabiletlərin rəsmiləşdirilməsinə görə turizm agentliklərinə ödədiyi komisyon haqqını (mükafatlandırıcı faizlər) ləğv edib.

 

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, aviaşirkət bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq və aviabiletlərin satışı prosedurasını təkmilləşdirmək məqsədi ilə İstanbul və Ankara istiqamətlərində aviabiletlərin rəsmiləşdirilməsinə görə agentliklərə verilən komisyon mükafatlandırıcı faizləri ləğv edib. Aviaşirkətin avtorizə olunmuş agentlərinə bu istiqamətlərdə biletlər rəsmiləşdirilərkən «ekonom» sinfi aviabiletləri üçün 30 manatadək, «biznes» sinfi aviabiletləri üçün 80 manatadək servis yığımı tətbiq etmək tövsiyə olunub.

 

«Aviaşirkətin bir sıra digər uçuş istiqamətləri üzrə bu sxem artıq bir çox aylar ərzində müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda, AZAL-ın rəsmi veb-saytından (www.azal.az) aviabiletlərin əldə edilməsi zamanı, sərnişinlərdən qeyd olunan servis yığımı tutulmur», - deyə aviaşirkətdən bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR